Dörd divar
Qaçıram dörd divardan,İşə getdin – dörd divar,Evə gəldin – dörd divar.Dörd divar arasındaBir dünyanın dərdi var.
Ömür qutu içində,Üstün beton, altın daş.Beynim də çərçivədəDördkünc olubdur, qardaş!Duyğularım qutuda,Arzularım qutuda...Qara qutuya doğruGedirəm yavaş-yavaş!
Həsrətəm bu dünyanınPayızına, yazına.Buzdan yonulub bu ev.Könlüm çətin qızına.Məni səsləmə, aman,Dörd divar arasına,Gözlərimin yasına!Torpaqda dörd divarlıMənzilimiz var ikənBu məzar evə necəQapılım belə erkən?!
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-dord-divar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dehlidə tərcüməçi işləyən gənc, gözəl bir*azəri qızı oteldə bizdən gizli namaz qılırdı,*
Bakı qəbul eləmirÖmrümün sonu gələ qəzada, – istəmirəm,Bu ölüm yox, zülümdü, cəzadı, istəmirəm!
Zaman məndən keçirZaman məndən keçir, keçir durulur,Ürəyim əbədi sevgi süzgəci,
Ölümsüz zəhmətDünyanın ən kasıb bir evindənəm,Yoxsulluq, varlılıq sındırmaz məni.
Başqa şairlərin şeirləri
Ey ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,
MəndənBaşına döndüyüm, ey nazlı dilbər,Gəlirmi guşuna sədalar məndən
OlaArayıb, axtarıb bir yar sevəsən,Ağıl- mərifətdən ustakar ola.
Biçarə dilcugöz yenə hüznlə məyal olurBiçarə dilcugöz yenə hüznlə məyal olur,Qəm ləşkəri hücum ilə verməz məcal olur.