Dünyanın ən kasıb bir evindənəm,Yoxsulluq, varlılıq sındırmaz məni.Mən elə odlara alışmışam ki,Kədər tonqal ola yandırmaz məni.

Ömrün əvvəlində ehtiyac, əzab,Gözünə ümidlə baxmışam dərdin.Əzabla döyülən əyilmək bilməz,Ümid mayasını çürütmək çətin!..

Yollarım bir yurda baş alıb gedir,Daha ayrılıqlar üstümə gəlməz.Yadların sınağı tufana dönəBir çiçək mehrinə tablaya bilməz.

Elə sınağından keçdim dağların,Narahat yollar da mənə düz gəlir.Hər şeyi zəhmətlə qazandığımdanZəhmətim özümə ölümsüz gəlir!

8.VIII.85

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri