BakıDünyaların sirrinidoldurub ürəyinəAçılıb yelkən kimitarixin küləyinə.Açılıb sevgimizəsözə, işə, ümidə,Harda “Bakı” desələrürəyimdən qəm itər.

Onun qoynuna dolarbumbuz Şimal yeli də.Qürbətdən tufan kimiqayıdan Füzuli də

Bakı qalxar, qabararXəzərin üzərində.Boyu bir az da artardostların nəzərində.

Zaman Gilavar olar,zaman Xəzriyə dönər.Tarix də Bakı iləyaşıdlığa öyünər.Yurdu çəkib apararillərin sularından.Düşmənlərin sualtıhiylə qurğularından.Ha başının üstündəniştah yelləri əssin,onu qərq eləməyə

ac dalğalar tələssin –Bakı yenə təmkinli,neft çıxaran, tər tökən.

İşığıyla dünyanınhər yerindən görükən...Günəşə köməkçidinuru hər gözə düşür.Gün də dənizdən doğubBirinci bizə düşür...

Moskva, 15.X.1985

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən