Öləcəyəmbu əlacsız sevgidən –Nə olsun,Ölüm də bir işdi.

Ancaq məni ağrıdan,Ömrünün bu çağındaRuhunu qırmağımdı,Bir telinə dəyməyən,Bir sözünü duymayanQansızlar arasındaSəni tək qoymağımdı...

Yoxsa ölümə nə var?!Ölüm haqqa dönüşdü,Evdən evə girişdi...Xırda kəslərdən qopubİlahiylə görüşdü!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq