Hər kəs bilir ki, onun çiynində nə isə qeyri adi bir yük var, amma ciddi-cəhdlə bu yükü unutmağa çalışır. Çünki yada salan kimi etiraf etməlidir ki, belə yaşamaq olmaz. Bəs necə yaşayasan? Hələ ki, ayrı cür yaşamağın da yolu tapılmayıb. Beləcə bir nəsil bir-birinin üzünə baxmaqdan çəkinə-çəkinə dünyada hər şeydən danışır və ürəyini əridə-əridə çalışır ki, ən başlıca şeydən danışmasın. Axı o qeydən danışan kimi nə isə bir iş görmək lazım gələcək. Bu adamlar üçün isə bulaqdan, qeyrətdən, qələbədə, Təbrizdən, kainatdan danışmaq balaca bir iş görməkdən daha asandır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən