Sənə ucqar söylədilər...
Ay ocağım!Bu dünyadahamıdan çox güvəndiyim,hamıdan çox umacağım!Sənə ucqar söylədilər:Bilirsənmi neylədilər?Yüz arzunun mürgüsünə qor çiləndi.Bir namərdin xəncəritəksöz sinəmə pərçimləndi.Sənin geniş ürəyindən xəbərsizlər,O tayına, bu tayına çəpər çəkənBir yaranın göynəyindən xəbərsizlər,İgidlərin çinar kimi boylarından,Birliyinə həsrət qalmışillərindən, aylarından,Sinəndəki ulu döyüş izlərindən,Məndən, ondan, özlərindənxəbərsizlərSənə ucqar söylədilər...Yada düşdü el yolları,Xoca döngə,Deman yolu –Tarixlərin tutqun yolu, duman yolu.Karvanların bol yolları,Get-gəlişin sel yolları.O yolların bir tilsimdə qırılmağı,Gözləriminyaxın-yaxın uzaqlarabaxıb-baxıb yorulmağı.Köçürülmüş kənd yerindəçinarların başdaşıtək ucalmağı.Quzeyində güneyinə yol olmayansirəm-sirəm dağlarımınbaş ağardıb qocalmağı...O dağlara bircə dəfə qalxsaydılar,
Xəzərədək pillə-pillə enib gələnoylaqlara baxsaydılar,Cənub tayda laparlanmışyaylaqlara baxsaydılar,Gözümdəki ümidləri, gümanları.Təbriz üstə vadilərdəpul-pul olmuşdumanları görsəydilərSənə ucqar deməzdilər!Görərdilər:zirvədəki vüqar kimi vüqar olmaz,Bir ətəyi Xəzər olan, dəniz olan,Bir ətəyi Təbriz olan ucqar olmaz!Onlar deyir – sən ucqarsan,Mən deyirəm – sən ucasan!Güvəndiyim bir müqəddəs uca varsan!O tayına, bu tayına baxa-baxaucalırsan, ucalırsan!..
Yardımlı, 1976
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-sene-ucqar-soylediler
← → düymələri ilə keçid, R — təsadüfi şeir