Yolu çətin imiş xoşbəxt olmağın,Doğruluq, duruluq bəs eləmirmiş.Sən də düz yoldasan, mən də düz yolda,Amma günahkarıq, nə qəribə iş!

Amma günahkarıq –ÜrəyimizinGiley pərdəsini aça bilmirik.Bu köhnə yuva da istəmir bizi,Köhnə yuvadan da qaça bilmirik.

Baxışın qəmləri çəkibdi zilə,Könlümdə cavabsız suallar yatır.Nə gedib yetişmək olur mənzilə,Nə geri dönməyə qüvvəmiz çatır.

Nə bir söz tapırıq təsəlli üçün,Nə ömrün baharı isidir səni,Sellənən göz yaşın dağıdır hər gün,Köhnəlmiş məhəbbət körpülərini.

Yolu çətin imiş xoşbəxt olmağın,Sevgi də, ilqar da bəs eləmirmiş.Gözümüz günahsız-günahsız baxır,Amma günahkarıq, nə qəribə iş...

* * *

Yanar için-için bir eşqin qəmi,Ürəyim heyrətdən donub qalıbdır.Xəfif gülüşlərin qaranquş kimiKimin yaddaşına qonub qalıbdır?

Sən keçən yolları arayım, gəzim,Görüm ki, gəncliyin harda ötüşüb.Pozum izlərimlə o izləri ki,Sənin izlərinlə yanaşı düşüb.

Neçə xatirən də qoy dönsün selə,Qalmasın keçmişdən səndə bir nişan.Mən öz səksəkəli öpüşlərimləSilim baxışları yanaqlarından.

Bir başqa dünyaya atıldıq bu gün,Gül bu arzuma da, de ki, dəlisən.Sən mənim ömrümə doğulmaq üçünBütün keçmişini öldürməlisən...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri