Sənsiz itib yolum, sönüb ulduzum,Sənsiz tamı yoxdu çörəyin, duzun,Bir gün ayrılığın illərdən uzun,Dayan, yoxluğunla yoxlama məni.

Yetim uşaq kimi qəhərlənmişəm,Qəm əkib, qüssədən bəhərlənmişəm,Sənsiz hər baxışdan zəhərlənmişəm,Səni də öldürrəm, qoxlama məni!

Ağrı qırış olub bitər üzündə,Duam, qibləgahım gedər üzündə,Səni itirərsəm bu yer üzündə,Bu yerin üstündə saxlama məni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri