Anamın savadı köhnə əlifba,Anamın əsəri – mənə məktublar!..Ayrı nə oxumaq keçir könlündən,Nə də cızma-qara hövsələsi var.

Kim sözə bu qədər can verə bilər,Çox da xətti pisdi, kağızı sarı.Ana məktubları mənim gözümdəDünyanın ən nadir əlyazmaları!

Savad sahibləri çox öyünməsin,Ad var kölgəsində min ömür azır.Anam adlı-sanlı deyildir ancaq,Sözü ki, öz ana dilində yazır...

Bizim çaylarımız zirvədən gəlir,Öz daş yatağından çıxan olmayıb,Anam qabağımda yad qapı açmır,O hələ Anadır, "Maxan" olmayıb.

Alim var... oğluna çox şeylər verib,El ruhundan başqa! Daşlanmalıdır!..Analıq hüququ dünyada məncə"Ana" kəlməsindən başlanmalıdır!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri