Sumqayıt yeniyetmələrinə

Şükür!UnudulmayıbYüz ilin o üzündəitirdiyim bir nəğmə!Mən öyrətdim, öyrətmədimSəslənir oğlumun dilində!

Şükür!Oğurlanmış saydığımızBir qeyrət bayrağıDalğalanır qardaşımın əlində!

Qurumuş bir bağça,Verimsiz görünən bağCanlanıb budaq-budaq,yarpaq-yarpaq!

Quru çay yataqları,dar gəlir sellərə.Bulaqlar çağlayır daşlar altından,Gülüşü qeyb olmuş gözlər dirilib,Sevinci tökülür yaşlar altından.

Mən adi millətin oğlu deyiləm,Ən dərin yaramın bitişi bir anSilah ağacıdı yalın əllərimÇiçəkdən meyvəyə,Yazdan payıza,Ömürdən ölümsüz əbədiyyətəyetişim bir an!

Ümid pöhrələri göyərdir bu yaz,Dirçəlib hirsindənboğulan torpaq!heç qurdla quzu da bu gün yad deyil,Qəfəsə salınmaz, gülləyə gəlməz,Bu insan ruhudur, zarafat deyil,Bu insan ruhudur torpaq deyil ki,Meyvətək sıxasan suyu qalmayaDağ kimi oyasan boyu qalmaya!Ürəyinin odu, gözünün nuru.Gedəndə “dur”! demək heyi qalmaya!Bu insan ruhudur, yəhər götürməz!Yüz-yüz Sumqayıt tikzəhər götürməz,

Qəbirdən göyərər, ölümdən dönər,Zindan yollarını yorub qayıdarMilləti bazara sürükləyənəİblis damğasını vurub qayıdar.

Dünya yollarında adi qatar təkBiz ulu ruhları daşıyanlarıq,Hələ otuz yeddi yaşa çatmamış,Neçə otuz yeddi yaşayanlarıq!

Çoxdan adlamışıq Sibir xofunu,Sinədə alışan güllə odunu.Şükür ki, bozarmış üzlərdə gördükUşaq əllərinin şillə odunu!

On beş yaş! Xətai yaşıdı bu yaş,Başsızın başının daşıdı bu yaş!Bizim ruhumuzun yaşıdı bu yaşÖlən qorxumuzun yaşıdı bu yaş!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri