Anam
Dağların başında, qəm dumanındaSirrinə sığınan qalaça – anam.
Ruhum yaşadıqca, sözüm durduqcaSözümün canıtək qalacaq anam!
Yüz nəvə dilində adı hallanan,Yüz evə paylanan balaca anam!
Közü ürəyimdə mənimlə gəzənGünəşin parçası – gur ocaq anam!
Zəngin sarayların böyük dərdindənGələrəm komana əlaca, anam!
Dünyada nə qədər yüksəklik gördümBütün zirvələrdən ən uca anam!
Yurdun nəğmələri ağıya dönüb...Sevinc laylamızı çalacaq anam!
Övlad qayğısıyla payıza dönənNəvə gəlişinə gül açan anam!
Dünyanın məhvəri nədir sorsalarMin dəfə deyərəm anam, can anam!..
İyun, 1994
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-anam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İllər ayrıcında, vaxt ayrıcında,Tale ayrıcında, baxt ayrıcında
O torpaq bizləri götürməyəcək!Üzümə dağların nəfəsi dəyir,Alışır, danışır, yanır, inləyir.
MərhəmətMərhəmət umuruq özgələrindən,Ələ baxan olub bu boyda Vətən!
Dünya gözəldi ancaq...Dünya gözəldi ancaq, xəyanətkar gözəldi,Fitnədi başdan-başa sözüylə işvəsiylə.
Başqa şairlərin şeirləri
Ala gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Qəzəl: Ey dost, mən buyurduğuna qoymuşam boyunEy dost, mən buyurduğuna qoymuşam boyunGər istərsən bu köynəyi məndən buyur soyun
Boynuma kakilin, ey şux, kəmənd eyləmisənBoynuma kakilin, ey şux, kəmənd eyləmisən,Bir uzun fikrə mənim başımı bənd eyləmisən.
“Ey zahidi-bizövq o məscid ki, sənin var”Ey zahidi-bizövq o məscid ki, sənin var,Olsaydı mənim, mən onu meyxanə edərdim.