Söz ilə heykəliniyaratmaq olsa qəmin,Şəklini çəkmək olsaən zərif düşüncəmin,Sevgi sonsuzluğunu dilim söyləyə bilsə,Onun kimi ağlayıb, onun tək gülə bilsəm.Oturub anama şeir yazardım!..

Bir yurdun, bir millətinəbədi ağrısınıBalaca sevincini,dağlar boyda yasını –Milyon dərdi ürəyə sığışdıran söz olsa,

Dünyanı bir baxışlagörüb duyan göz olsa –Oturub anama şeir yazardım!..

Övladının ruhundagül ləçəyi olanım,Gəlin ikən bir elinağbirçəyi olanım.Ürəyim hıçqıranda səsimə hay verəydi,Öz ulu dünyasından mənə də pay verəydi, –Oturub anama şeir yazardım!..

Xəyalım dünyadanyığışmır, neynim,Ruhum bədənimə sığışmır, neynim,Biz dünya sirrininsüdəməriykənOlmasa atımı meydana çəkənOturub anama şeir yazardım!..

Min il də, əbədi hörgü sökülməz,Min il yaz, Tanrının hüsnü çəkilməz,Beləcə sirrinə açar bulmadan,Ömrün sonunadək heç yorulmadanOturub anama şeir yazardım!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri