Yaxınlar yaxından yanıb yaxılır,Fikrimi dünyanın o başı çəkir.Açıq pəncərədən çağırır güllərMənisə sığalsız çay daşı çəkir.

Bir üzü canavar, bir üzü qoyunAyıra bilmədim yasıynan toyunVətəni ayağa saldı bu oyunRuhumu bir meydan savaşı çəkir.

Fikrimi çayır tək bürüyən nə çox,Kölgətək arxımca yürüyən nə çoxSevinci süd kimi çürüyən nə çoxMəni yetimlərin göz yaşı çəkir.

O qədər qansızın qanadı var ki,O qədər könlümü qanatdılar ki,O qədər başıma daş atdılar ki,İndi də başımı baş daşı çəkir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri