Təbriz göz dənizidi,Qara ümmandı Təbriz.Görər-görməz məni dəDalğası sandı Təbriz!

Al yanaq, qara çadraGül əllər ağdı qardan,Qaldırıb məni yerdənƏrşə dayandı Təbriz!

Niyə dedim soyuqdu,Hər halımdan duyuqduMən canamsa, o ruhdu,Ruhamsa, candı Təbriz!

Baxdı illər əvəzi,Sordu dillər əvəzi,Qucdu əllər əvəziMənə dolandı Təbriz!

Çıxıb tarix pasındanToy bulubdu yasından,Demə göz sevdasındanBelə cavandı Təbriz!

Üzünə çadra atsa,Başını dərdə qatsa,Təkcə gözü azadsaYenə üsyandı Təbriz!

Nə çıxıb gedəcəyəm,Nə burda bitəcəyəm,Gözlərdə itəcəyəm,Qoyma amandı, Təbriz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri