Şairin olmur dini-imanı məgər...
Siyasət şairləri dəbə düşüblər,Bircə misra becərib yetirməyənlər.Siyasət meydanına tökülüşüblər,Söz meydanında duruş gətirməyənlər...
Hamı da buqələmun, hamı da dəllal,Elə xal toplayırlar, maya yığırlar.Siyasət dəryasına girirlər, allah,Min yol dibə çökürlər, üzə çıxırlar...
Şerdən qeyri hər nə desən yazırlar,Donos, pamflet, qərar, çıxış, məruzə.Kürsülərdən kütləni küyə basırlar,Ekrandan özlərini soxurlar gözə...
Qəzetləri zəbt edib qamarlayırlar,Nə qədər tutqun gözü dumanlayırlar...Gələn başçını dərhal tumarlayırlar,Gedən başçını dərhal yamanlayırlar...
Şair gərək şerini otura, yaza,Bir özgə əqidəsi, yolu olmaya...İlhamının səsinə o, qulaq asa,O siyasət köləsi, qulu olmaya...
Siyasət yedirtdilər illərlə bizə,Dadı, rəngi nə imiş, biz onu gördük...
Siyasət qısır etdi şerimizi,Siyasi şairlərin sonunu gördük...
Söz ayaqlara düşdü, söz xırdalandı,Söz xırdalandıqca da ad aldı onlar.Sənətin xəlbiriylə xəlbirlənəndə,Yalançı padşahtək lüt qaldı onlar...
Birdən cücəyə döndü nə qədər zırı,Elə bil uca dağlar təpəyə döndü...Töküldü sözlərindən zəmanənin kiri,Bütün yazdıqları da köpüyə döndü...
Şerimiz əvvəlkitək bazardır, bazar,Yenə onda siyasət üfunəti var...Yenə sözü hərraca qoyub satırlar,Yenə söz qoşanların min sifəti var...
Sənətdə at oynadıb yenə düşüklər,Şairin olmur dini-imanı məgər...Siyasət meydanına tökülüşürlər,Söz meydanında duruş gətirməyənlər.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-sairin-olmur-dini-imani-meger
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəvəm oldu, görüşünə aparmağa gül olmadı,Gül var idi, gül bol idi, pul olmadı…
Bu dərdi dağlar götürərBu dərdi dağlar götürər, gedək dağlara,Bu ahı dağlar itirər, gedək dağlara…
Kaş millətdə ruh yaşasın…Millət əzər, əzilər də,Kaş millətdə ruh yaşasın.
İttiham poeması…ISizdən soruşuram, sizdən,
Başqa şairlərin şeirləri
Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Bakının dastanıNeçə ildir könül deyir söylə, şair,Şeir, sənət gülzarında Bakı hanı?
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Öz gülüstanımÖzgə torpağına göz dikməmişəm,Mənə kifayətdir öz gülüstanım.