Mənimki sözdür, sizinki para...
Siz rüşvət alan, mən şer yazan,Möhtəkir hara, sənətkar hara?!Mənimki çətin, sizinki asan,Mənimki sözdür, sizinki para...Şairlər heç vaxt zəngin olmayım,Rüşvət alanda mənlik olmayıb,Ha söküb, yeyib, doymayıb heç vaxt...Mənim şerdir əziz sərvətim,Siz qızıl yığın, yığın cah-cəlal...Siz altun yığın, mən söz sərvəti,Sizinki haram, mənimki halal...Bizə də qəhmər çıxan tapılar,Darsa da indi şerin məkanı...Amma deyirlər müdrik babalar,Saxla samanı, gələr zamanı...Sənət zamandan, məkandan uca,Ürəklərdədir gəlir-çıxarı...Bir allah durur tək ondan uca,Bir vətən durur ondan yuxarı...Zərə-zinətə güldüm həmişə,Təmiz amala inam bəslədim...Bədbəxt, binəva gördüm həmişə,Pulda səadət tapan kəslərin...Mən şerin qulu, siz nəfsin qulu,Tamahkar hara, sənətkar hara?..
Məsləkiniz boş, cibiniz dolu,Mən əsl şair, siz əsl alan,Mənim sərvətim kitablarımdır,Çətində onlar tutdu qolumdan...Çətində sözüm mənə yarındı,Ömrümü qoydum onun yolunda...Siz eli, xalqı etdiniz talan,Talançı hara, sənətkar hara?Mən şer yazan, siz pulu kalan,Mənimki sözdür, sizinki para...Mənim param yox, bilirsini z siz,Gülün, nə qədər gücünüz çatar.Mənə lağ gülürsünüz siz...Bu qoca dünya tutandan qərarÇox varlı-karlı natəmiz, lotu,Rişxənd ediblər sənətkarlara...Amma bunu da biliblər, onlar,Sənətkar durub, ölüblər onlar...
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-menimki-sozdur-sizinki-para
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir deyən yoxdur o məhcəmaləAşiqi-nalan gəlsin, gəlməsin?
Eşitmişdik, qulluğuna yetişdikEşitmişdik, qulluğuna yetişdik,Gördük ki, düşmüsən dildən-dilə sən.
چون سایه نه نیستم نه هستم بی تووز سایه خویشتن گسستم بی تو
Təndə canın bilməyənlər bilmədi canan nədir?Təndə canın bilməyənlər bilmədi canan nədir?Bilməmiş ol kişi kim qətrə nədir, ümman nədir?