Türk Dünyası Araşdırmaları vaqfının başqanıTuran Yazqana və həyat yoldaşı Gülən xanıma

Tanrının insana baxan gözləri,Sehirli ayna,Torpağın ruhu.Əllərin dilsiz cavabı,Ürəyin mərhəmət savabı.Bir evin susmaz nəğməsi,Möcüzə sərgisi.Min il sonra daRəssamların bula bilməyəcəyi rəng.Ruhla canın birliyi,Sevgi deyilən bir ahəng!..

Çiçək sanıb aldandım...Allahın bu evə lütfünüÇiçək sandım!Sən çiçək becərmirsən, bacım,Torpaqda göz bitməz!Torpaqİnsan təbəssümü göyərtməz.Üfləsən nəfəsindən uçar göylərə,Ah çəksən,Bir anda solar!Su gərəkməz bu zərifliyə,Baxışınla sulanar.Bir damla göz yaşı qatsanQayıdar sevinc yağışı kimi,Qayıdar nəvələrin baxışı kimi.Barmaqların göyəribGüldanlardan,Gözlərindi baxırNigaran, nigaran.Özün çağırmaqdan yorulandaGüllər çağırır: “Turan!”, “Turan!”

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar