Nuhun nübüvvətin edər inkar əhli-cəhl,Gavə sitayiş etməyi ürfan hesab edər.

Həkim Sənai Qəznəvi

Həqin xalis ibadı cərcəsindəndir ülum əhli,Cahanda küfrpərvər, şübhəsiz, əhli-cəhalətdir.

Həkim Xaqani Şirvani

Bir tükənməz bəhrdir əqli-bəşər,Buna bir üzgüçü lazım, ey pəsər!

Mövlana Cəlaləddin Rumi

Xatəmi-mülki-Süleyman elmdir,Bu cahan surət, ona can elmdir.

Mövlana Cəlaləddin Rumi

Hər kəsin kim, olmadı ayineyi-vicdanı pak,Qabil olmaz hikmətin etsin üzün zibi-nigah.

Hafiz Şirazi

Qaldı dilagah olanlar cilvəgahi-yardə,Etməyən kəsbi-həqiqət qaldı ol inkardə.Laf ilə əyləşmək olmaz məsnədi-ülviyyətə,Hazır etməklik gərəksin alətü-ülviyyətə.

Hafiz Şirazi

Ləngdir hümmət ayağı, mənzil isə pək diraz,Dəstimiz qayət gödək, xurma budağı sərfəraz.

Sə'di Şirazi

Bir könül asudə etmək ne'mətü ehsan ilə –Yaxşıdır hər dəmdə min rük'ət namazından sənin.

Sə'di Şirazi

Varınsa gər hünər göstər, nə gövhər,Tikandandır gülün əsli, bəradər!Cənab İbrahimin qıl halın əzbər:Atası bütpərəst, oğlu pəyəmbər.Hünərdən ari idi təb'i-Kən'an,Pəyəmbər oğlu ikən oldu nadan.

Sə'di Şirazi

Nə qabil palçıq ilə örtə bilmək çöhreyi-huri,Dəmadəm ən ziyadə parlayır rüxsari-pürnuri.

Nəma'lum

İxtilafa üz qoyan millətləri mə'zur tut,Görməyib həqqi, bütün uğraşdılar övham ilə.

Hafiz Şirazi

Saleh eylər söhbəti-kamil səni,Fasiq eylər söhbəti-cahil səni.Könlünü ehya qılar ərbabi-hal,Mürdə eylər qəlbini əhli-zəlal.

Mövlanə Cəlaləddin Rumi

Xasslərdir vaqifi-sirri-xəfa,Tazə bir xilqətdədir əhli-bəqa.Var yağış bəslər gülü, gülşənləri,Var yağış kim, soldurur gülbünləri.

Bəsləyir bağı təqazayi-bahar,Əsdimi bari-xəzan, güllər solar.Böyləcə qış fəsli, yay, əvvəl bahar,Bax, təcəddüdbəxşdir həp ruzgar.

Mövlana Cəlaləddin Rumi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar