İlhami-Xəyyam
Ömər Xəyyam ki, mədəni və dühaşünas olan millətlərin tarixində, tarixi-ədəbiyyatında xeymezəni-əzəmət və ehtişam olmuşdur, Xəyyam zindənamdır, əbədhəyatdır, cavidani bir diriliyə malikdir...
Şirvanın, o şəhri-viranın, o xaki-xüsrannişanın laqeyd və laübalı şairi, şairi-əzimüşşə'ni deyir ki:
Mövti-cismanım ilə sanma mənim ölməyimi,Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Şirazın da şairi-fəyyaz və mümtazı bu şe'r ilə tərənnümsazi-həqiqət olmuşdur:
Hərgiz nəmirəd on ki, diləş zində şüd bəeşq,Səbt əst bərcərideyi-aləm dəvam ma.
Şərq bunları və bunlar kimi pək az vücuda gələn dühati-əbədhəyatı görmədi. Çünki görmək üçün göz lazımdır!.. Fəqət kor olmayan Avropa, mə'rifətin o cahani-büləndi Sə'dilləri, Hafizləri, Xəyyamları ədəbiyyatın ən yüksək və ən parlaq tarix yarpaqları ilə qucaqladı. Odur ki, Qərb denilən Avropa aləminə də səadəti-möhtəşəmə fəmgüşayi-ibtisam oldu. Qərbin dodaqlarını güldürdü və güldürür... Güldürəcək!.. Mühitindəki insanların “canlı cənazə” olduğunu pək gözəl anlayan o böyük və layəmut Hafiz deyirdi:
Qədəm driğ mədar əz cənazeyi-HafizƏgərçi qərqi-günahəst mirəvəd bəbehişt.
Mən də Şirazın ədibi-fəyyazının bu günahsız şairi hüzurunda kəmali-hörmətlə əyilərək və diz çökərək deyirəm ki:
Sənin kim olduğunu bilmədi mühitin o gün,Bu gün adın yaşayır asimani-ürfanda.Nerdə?Biladi-Qərb adı almış şu ərzi-rəxşanda,O nami-möhtəşəmin parlayır o yerdə bu gün!..
Əgərçi Şərqdədir xabigahi-fəyyazın,Günəşli qəlblər iştə sənin məzarındır,Çiçəkli Qərb sənin parlayan diyarındır,Durub da görsən, əya əndəlibi Şirazın!
Təbiətin əli ilə susan dəhanındanÇıxan tərənələrin payəmutdur, Hafiz!
Bu daş ürəklərə olmazsa olmasın nafiz,Gəlib də Məğribə sor şe'ri-dürfəşanından!
İştə səltənəti-hürriyyətin hökmdari-ziiqtidarı olan həzrəti-Xəyyamın əş'arı, əş'ari-hərdəmbaharı elmən, fikrən və ürfanən yüksəlmiş miləl və əqvamın dillərinə tərcümə edilmiş və ciddən də layiq olduğu məqamibüləndi ehraz eyləmişdir. Xəyyam Şərqdə binam olsa da, Qərbdə banamdır. Xəyyam Şərqi-qafildə üful etsə də, Qərbi-Şərqdə parıl-parıl parlayır və yaşayır. Mən nami-Xəyyamı yaşadan cahani-mədəniyyətə pərəstiş eylərəm...
Bu günlərdən e'tibarən o şairi-həkimin əzhari-əş'arını, əş'ari-hər an baharını tərcümə edirəm və bu gün pək xəzanzədə bir mənzərə göstərən gülşəni-ədəbiyyatımızı xəndədari-rövnəq və təravət etmək istəyirəm...
Xəyyam laqeyid və laübalıdır. O cahanbaha şe'rləri tərcümə edəcək bir cür'əti-küstaxanə göstərdiyimdən dolayı məni əfv edəcək də əminəm:
Sən içməsən, içənlərə də tə'n səndədir,Mümkün olursa mən oluram sonra tövbəkar.Ey içməməklə fəxr qılan şəxsi-huşyar (!)Quldur şərab o işlərə nisbət ki, səndədir!
Alüftəyə demişdi ki, bir şeyx: məstsən,Hər vaxt “başqa bir tor”un olursan əsiri sən!Alüftə söylədi: nə desən mən o!... Ya ki sən?Qəlbən də zahirin kimi təqvapərəstmisən?
Mə'rifət əhli olan kimsəyə canım qurban,Qoyaram payina baş, gər ola bilsə imkan.İstəyirsən biləsən ciddi əzab aləmini,Cahilin söhbətidir iştə cahanda niran.
Keçmiş gününü heç düşünüb yad etmə,Əndişeyi-fərda ilə fəryad etmə.Nə maziyi xatırla, nə istiqbalı,Halında xoş ol, ömrünü bərbad etmə.
Səndən biz, əya müfti ki, çox pərkarız,Sərməstləriz, səndən, əvət, huşyarız.Biz badeyi-nab içmədə, sən xuni-bəşər,İnsaf ilə söylə: hankımız xunxarız?
Müshəf duruyor bir əldə, bir əldə də cam,Gəh mərdi-həlaliz, gəhi mərdi-həram,İştə şu göy altında biz ol kimsələriz:Nə başqa yol əhliyiz, nə də müslimi-təm.
Dövründən, ey asiman ki, şadan deyiləm,Hürrəm ki, əsir olmağa şayan deyiləm.Biəql ilə naəhləsə şəyəd meylim,Mən də o qədər ağıllı insan deyiləm.
Ən yaxşısı, könlü mey ilə şad edəlim,Mazi ilə atiyi də az yad edəlim.Bu ariyət aləmində bir məhbusu –Zənciri-xirəddən bir az azad edəlim.
Xəllaq kimi əlim irişsəydi əgər,Bu qübbəni ortadan edərdim zail.Bir başqa fələk bina edərdim yenidən,İstəklərinə qolay olardı nail.
Olduqca əsirin, necə pərvaz edəyim,Eşqinlə nasıl nəğməyə ağaz edəyim?Bir ləhzə gözüm yaşları qoymaz gözümü –Bir başqa üzü görmək üçün baz edəyim.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-ilhami-xeyyam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məğribdə hikmət əhli izhari-sən'ət eylər,Şəhbali-mə'rifətlə ehrazi-rüf'ət eylər,
Meydani-hərb xatirələrimdənTutmuşdu topun səsləri afaqü səmayı,Enməkdə idi yerlərə əhzari-şitayı.
Ulduzlu bir gecədə müharibə tamaşası və “Şahnamə” şairi-ziiqtidarını xatırlamaqMüharibə mənzərələrindən*Uxalmış göyə yerdən əhəngi-cəng,
Qış günlərində odlu fəğanlarHəmişə yaxşılıq baş verməli insan olanlardan,Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.
Başqa şairlərin şeirləri
Könül quşu yenə havalanıbdı,Qalxıb ərş üzünə tağı dolanır.
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Bizim dağlarınDün oxdum şerini, düşdü yadımaGülümsər dövranı bizim dağların.
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan