Həmişə yaxşılıq baş verməli insan olanlardan,Yamanlıq sadir olmaz rəhbəri vicdan olanlardan.“Cahanda ölməyən bir yaxşılıqdır!” Çox gözəl bir sözGələnlər həp gedərlər aləmə mehman olanlardan.Eşitməklik gərəkdir söhbəti-yarani-ürfanı,Ziyan gəlməz ki, pəndhayizi-ürfan olanlardan.Zügürdün halına rəhm eyləmək çox yaxşı xislətdir,Qənilik aləmində zati-alişan olanlardan.Həmiyyət lafını vurmaq qolay, icrası müşküldür,Həmiyyət baş verər vicdanları rəxşan olanlardan.Bir əldən yaxşı iş gəlmək ki mümkündür, gərək silsin –Axan göz yaşların öz bəxtinə giryan olanlardan.Geyim verməkliyə varkən gücü dövlətli bir şəxsin –Gərək dəf' eyləsin çılpaqlığı üryan olanlardan.Çörək verməkliyə imkanı varkən əhli-iqbalın –Neçin dəf' etməyir cu'u o bəddövran olanlardan?!Məişət aləmində alihimmətlər uzaq durmaz –Səfalət odlarilə qovrulub suzan olanlardan.Sıcaq evlər içində bəslənənlər olmasın qafil –Soyuq torpaqlar üstündə təni lərzan olanlardan.İşıqlı ömr edən xoşbəxtlər də agah olsunlar –Qaranlıq guşələrdə başları rizan olanlardan.Şu məğrur əhli-sərvətlər bir az barı qızarsınlar –O matəm ellərində dilləri al-qan olanlardan.İmarətlər içində əyləşənlər bir utansınlar –Yeri, yurdu, yuvası xak ilə yeksan olanlardan.Yatanlar varsa, dursunlar, göz açsınlar, oyansınlar,Fəğanü əl'əmanü kütleyi-hirman olanlardan.

Gülən üzlər, dodaqlar gülməsinlər, bir dayansınlar,Utanmaqlıq gərəkdir ruyu naxəndan olanlardan.Bu gündə duyğusuz canlar gərəkdir duyğulansınlar,Uzaqda durmasınlar halına nalan olanlardan.Bu gündə əhli-qeyrətlər gərəkdir dalğalansınlar,Girizan olmasınlar qəmləri ümman olanlardan!..Bu gündə canlı məqsədlə gərəkdir ruhlansınlar,Eşitsinlər fəğanı yurdu qəbristan olanlardan!..Nədir milli məhəbbət qanmayanlarmız da qansınlar,Səxanı kəsməsinlər bir sürü binan olanlardan.Gərəkdir sinələr milli həmiyyətlə qabarsınlar,Gərəkdir sinələr milli həmiyyətlə qabarsınlar,Çalışsınlar xilasə qərğeyi-tufan olanlardan.Əgər zənginlər istərlərsə parlaq ad qazansınlar,Yapışsınlar yədi pabəsteyi-xüsran olanlardan.Bu gündə xaneyi-iqbalı abadan olanlar həp –Nəzər döndərməsinlər taleyi viran olanlardan.Bu gündə qafil olmaq çox böyük milli cinayətdir –Müsibət çöllərində aclığa qurban olanlardan!Sən, ey qeyrətli türk oğlu! Sən, ey nəsli-kərəmpərvər!Driği-himmət etmə şəfqətə şayan olanlardan!!!

Proskurov, 16 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri