Həqiqət, ey bəşərin sərmədi ilahəsi, çıx!Görün qaranlığa batmışlara camalın açıq!

Görün ki, gündüzü gülsün bu leyli-dicurun,Neçin bu Şərqimizə yağmayır gözəl nurun?

Nə yerdə yağdın–o yerlərdə rayihati-həyat,Bunu bahari-təməddündən etdim istinbat;

Bütün çiçəkləri məhsulun-afitabından,Bütün əsərləri bürhani-inqilabındır.

O Qərbdir ki, bu gün mə'kəsi-camalındır,O ehtişami-həqiqət sənin cəlalındır.

Şekspirin qələmi bariqati-əfkarı,–Qucaq-qucaq atıyordu cahana ənvarı.

O yanda bir qoca Şitler, fəqir bir dahi,Açar dururdu qələmlə həyatə şəhrahi.

Həqiqət, ey mədəniyyətfüruzi əqvamın, –Gözü yolunda durur kainati-islamın.

Bax, iştə matəmə girmiş bu kainatımıza,Bu ağlayışsa yetər, xəndə saç həyatımıza.

Bu ağlayışlı baxışlar da parlasın, gülsün,Ölüm liqalı həyatı bu məşriqin ölsün.

Həqiqət, iştə oxu Şərqə tazə, tazə həyat,Bu qövmi-müzlüm üçün bir işıqlı ruh yarat.

Qəmü ələmdə başım zibi-duşi-fikrü xəyal,Öpərdi kirpiyimi yaş, dilimdə zilli-məlal.

Və qaşlarım aşağı, tutğun idi ənzarım,Həzin hilal kimi nəydi, nəydi əfkarım?Düşüncəm bu!

Libası həp gecələrdən, xürafədən hörülən –Mühitimizdə işıqdır sönən, ölən, gömülən.

Həqiqətin günəşi söndürülmədə, bu nədən?Yumulmada gözümüz yol açan o şə'şə'ədən.

Açılmadan soluyor bağımızdakı əzhar,Behişti-Qərbdə parlar qadınlar ilə bahar.

Rical bizdə təhəkkümlə sərfərazəndə,Neçin qəfəslər içində o cinsi-nazəndə?

Bizim çəməndə uçan fikri öldürür səyyad,Fikir ölən günü xortlar kömülmüş istibdad.

Bu xortlaq iştə yenə qorxudur həyatımızı,Məzarə bənzədiyor səhni-kainatımızı.

Neçin ki, yüksəliş ədasıyız, nədir səbəbi?Həp alçalışmı bu Şərqin mətai-müntəxəbi?

Cahan ucaldı, ucalmaqda, daima ucalır,Nə oldu Şərqə, nə oldu, nə oldu dalda qalır?

Bu canlı əs'ilə cür'ətli bir cavabə baxar,Bu cür'əti-mədəniyyət bu yerdə yox, bizə ar!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq