Nisviyyət tərənələri
Çöhreyi-dilbərani-fəttanı –Baxışımla öpən zamanda dərəm:Rəngi-alı onun üçün sevərəm –Öpüyor qızların dodaqlarını.
Bir çiçək var ki, gülşənaradır,Bir çiçək var ki, ruhi-cəmiyyət;Qönçeyi-buydari-nisviyyət,–Bu çiçək də cahanpiradır.
Nə deməkdir qadın? İlahi-həyat,Ruhbəxşayi-adəmiyyətdir,Aferinəndeyi-səadətdir.Qadını pərdəpuş olan, yerə bat!
Mələki-ərzdir nisayi-cahan,Buyü rəngi-həyatü hürriyyət,Maderi-feyzkari-nisviyyət,Yaşa, ey aləmə həyat saçan!
Ey qadın, ey qaranlıq içrə sabah!Ey həyatın lətif bir səhəri,Ey cahanın işıqlı bir gühəri,Örtülü olduğun yer iştə siyah.
Qərbi parlatdıran camalındır,Çarşafın Şərqi pərdədar etmiş,Sübhü yox şəbliqa diyar etmiş.Sübhi-sadiq sənin məalındır.
Açıl, ey sübhi-sadiqi-millət,Gecə geymiş həyatımızsa yetər!Parla, ey canlı nur, canlı səhər,Ərisin bizləri udan zülmət!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-nisviyyet-tereneleri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Görməyir gözləri, özü möhtac,Gediyor, rəhnümasıdır bir ağac.
[Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir]Nisvanı sanma yalnız, sərdari-zihəşəmdir,Hüsnilə zizəfərdir, anilə möhtəşəmdir.
Ümməhati-həyat, yaxud cinsi-lətifə bir baxış1Ana bir bağ, çiçək açar qucağı,
Əlvahi-nəfasətŞairi-nəzahətpərvər*Hüseyn Cavid bəradərimə*
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Çeçen aullarında*Xalq torpaq vayındadır,
Qal indiBir səfərim düşdü qərib ellərəQal, Səlmi naz, gözü yaşlı qal indi
Nə etibarEy dil, cəmii vəz'i-cahana nə etibarDövri-mədari-çərxi-zəmanə nə etibar
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?