Nisaiyyuna işarət

İstanbulda cinsi-lətif darülfünuna qəbul edilir.

Açıldı bağı-maarif o cinsi-nazənə,Açılmadısa da hala o sitreyi-mə'lun,Sonunda nuri-həqiqət edər zülami zəbun,Zavallı biz ərəriz bir həyati-rəxşanə.

Səma günəşsiz olanda gecə cahanı qucar,Bu yer günəşlərinə leylpuş olan yerlər.Zülam içində yaşar, parlamaz nə gün, nə səhər,Qadın ziyası göründükdə zülmət isə qaçar!

Həyatı bizlərə dadlandıran ki, nisvandır,Bu cinsi həzrəti-fitrət həyata zad etmiş,Bununla adəmi dilşadü bərmurad etmiş,Pərəstiş etməli, nisvan mübəccəl ünvandır.

Bakı, 22 fevral

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri