Danış, bələdçi, danış
Yol sənin, yolaq sənin.İt sənin, yalaq sənin.Türkün dədə yurdundaYellənən bayraq sənin.
Zora tapınır dünya,Səsini kim kəsəcək?Allahın küləyi dəSən tərəfə əsəcək!
Qurd ölüb, qoyun sağdır.Necə istəyirsən yaz,Necə istəyirsən poz...
Qan çıxır boğazınaNecə istəyirsən yoz!
Nə əlini tutan var,Nə də ağzından vuran.Sənin cildinə giribRahat yaşayır şeytan.
Dünya qopur yerindənKöç – qitələr boyunca.Neçə xalqın yurdundaDövran sürdün doyunca!
Təkcə ölkəyə deyil,Ruha, yaddaşa hücum...Yer altdakı məzara,Qalada daşa hücum!..
Anlat bələdçi, anlatAncaq külü gördünsə!Çalış odunu da de.Bu dağın, bu çəməninOtun adını da de!
De, dilin dolaşmasın,Ayağından yer qaçırBurda hər daş, hər ocaqMənə könlünü açır.Sənin bələdçiliyinBir maşın, iki maşınSənə susan zirvələrMənimlə salamlaşır.
Yazıq, özün bilmirsənYad qapı açdığını...Gəl sənə izah edimNədən danışdığını!..
Tiberda, 22.I.1998
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-danis-beledci-danis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Bu gecəDöndü murad üzrə fələkDövran bizimdir bu gecə
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Müxəmməs: Göstərdi mənə dün biri bir qaşı hilalıGöstərdi mənə dün biri bir qaşı hilalı,El bir-birinə mahi-nəvi eylər kimi hali,