Nə söyləyim
Övladımı yad dil iləDindirənə nə söyləyim?Şöhrətimi göydən yerəEndirənə nə söyləyim?
Gördüm dünya təzadımıÇürük canda təzə donu,Öz əliylə öz odunuSöndürənə nə söyləyim?
Varlığımı sata-sata,Yüz günaha bata-bataNamərdi qanadlı ataMindirənə nə söyləyim?
Dözdüm tale qanazına,Qondum haqqın yaxasına,Dostu düşmən qapısına,Göndərənə nə söyləyim?
Ovxarı yatırıb qına,Əlimi susadıb qanaSuyumuzu yad arxınaDöndərənə nə söyləyim?
3.VIII.1985
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-ne-soyleyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir