Başlayandan doğru deyib, doğru yazıbsaBu söz, yazı sınağından dil niyə qorxur?Tamahkarlar vızıldaşıb uçub gedəcək,Gözəlliyi göz çıxaran gül niyə qorxur?

Dünya onun atəşindən qızınıbdısa,Gəlib-gəlib bir ocağa qısılıbdısa,Varlığını savaşlardan qazanıbdısa,İlk döyüşdü, son döyüşdü?.. El niyə qorxur?

Ya ölümdü, ya qalımdı. Yollar dirənib,Oxu, ruhum, Cəngi adlı bu zümzüməni,Sağ olsunlar düşmənlərim oyadır məniQarışqanın kölgəsindən fil niyə qorxur?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri