Musa Yaquba

Tale sənin dönərgəni döndərir,İki günlük biz tərəfə göndərir.Sənin dağsız, dağın sənsiz günləriSən yazıqsan, dağ yazıqdı, bilmədim.

Qımıldanan tumurcuqlar haçalı,Əlin yetsə çəmən teldən aç, alı.Ağ döşlərdən qara şırım açılır –Qara yazıq, az yazıqdı, bilmədim.

Bahar gəlib, qansızlar da qanlanır,Sənsə burda... üzün heçdən danlanır.Ağacların xəstəsi də canlanır,Ölü yazıq, sağ yazıqdı, bilmədim.

Qaranquşlar eyvanlarda xamırçı,Bostanların arzusuna tum uçur,Musa deyib, sızıldayır tumurcuq –Musa yazıq, bağ yazıqdı, bilmədim.

Ocağımız küllənibdi daha, bax,İmkan yoxdur sola boylan, sağa bax.Piyadaya təslim olan şaha bax,Gədə yazıq, şah yazıqdı, bilmədəm...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar