O torpaq bizləri götürməyəcək!
Üzümə dağların nəfəsi dəyir,Alışır, danışır, yanır, inləyir.Torpağa qayıtmaq asan iş deyilBu zülmü bir qərar bitirməyək,O torpaq bizləri götürməyəcək!
Vətən dağlarında daş olanındı,Yerdə su, göyündə quş olanındı,
Sinəsin açmağa xış olanındıAğac ək, toxum səp, yetirməyəcək,O torpaq bizləri götürməyəcək!
Nə vaxt söz səpmişəm söz göyərdibdi.Çaşıb köz səpmişəm köz göyərdibdi,Əyri əkdiyimi düz göyərdibdiGet, dərdiyi ovut, başına əl çək,O torpaq bizləri götürməyəcək!
Hər daş qulağında dilini atdın,Hər ev divarında əlini atdın,Özün ölməkdənsə ölünü atdınNə qədər istəsən ağla, haray çək,O torpaq bizləri götürməyəcək!
Bircə yol qorxudan sıyrılmadınsa,Hər daşa, ağaca sarılmadınsa,Vətəni qaldırıb qırılmadınsaRuhun da o yurda dönməsin gərək,O torpaq bizləri götürməyəcək!
Fikrin aşınsa da dağlar aşınmaz,Közü daşınsa da ocaq daşınmaz,Südün çürüdümü ömür yaşanmazBir kök qırıldımı, susdu min ürək,O torpaq bizləri götürməyəcək!
Bəlkə qulu olaq, nökəri olaq,Bəlkə Tərtər olaq, Həkəri olaq,Namusun haqq-hesab çəkəni olaqYoxsa hər dönüşlə soyumaz ürək,O torpaq bizləri götürməyəcək!
Bu Vətən dərsləri üsullanmadan,Gözündə hər daşı qızıllanmadan,Hərə öz içində qüsullanmadanÜz tutub, yalvarıb tövbə etməsək,Bu torpaq bizləri götürməyəcək!
14.II.1997
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-o-torpaq-bizleri-goturmeyecek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dünya gəzdim, yüz-yüz şəhər dolandım,Bir tüstülü rxağından doymadım.
DağlarZirvədən yol salıb ordan aşmadım,Qorxdum əhdimizi pozarsan, dağlar.
Yaylaq yolunaGözlərimlə yoxuşları biçərdim,Diş töksə də çurçurundan içərdim.
Öz içimdən gecə-gündüz talandımÖz içimdən gecə-gündüz talandım,Kösöy olub ocaqlara qalandım,