Zirvədən yol salıb ordan aşmadım,Qorxdum əhdimizi pozarsan, dağlar.Mən sizə yaraşan şeir qoşmadım,O şeri Sən özün yazarsan, dağlar.

Nəğmə oxumağa ta səsim gəlməz,Yolları yormağa nəfəsim gəlməz,Daşa qayıtmağa həvəsim gəlməz,Qəbrimi zirvədə qazarsan, dağlar!

Ağ duman – barışıq bayrağım kimi,Şəlalə – çağlayan sorağım kimi,Ayı soluxmayan çırağım kimiGecələr üstümdən asarsan, dağlar!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri