Vətən mənə əl elədi
Dünya gəzdim, yüz-yüz şəhər dolandım,Bir tüstülü rxağından doymadım.Qürbət yolu ayağımda gül açdıBoz çölümün ocağından doymadım.
Sözbaz qaya cavabımı verəndi,Güzgü bulaq hər sirrimi görəndi,Yaxın eşqim uzaq bəxtə dirəndi,Yaxınından, uzağından doymadım.
Səhərini arzularla oyatdım,Çayırıyla, tikanıyla boy atdım,Vətən mənə əl elədi qayıtdım,Nə vaxt gəldim qucağından doymadım.
Söz qaladım yanğısından köz düşdü,Əl uzatdım, köməyimdən iz düşdü,Hansı eldə soyumuzdan söz düşdü –Dost dilində sorağından doymadım.
Tarix məni yollar boyu seyr etdi,Gah artırıb sıramı, gah seyrəltdi,Dilimizi-nəğmələrə öyrətdiƏlimizin yarağından doymadım.
4.X.1985
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-veten-mene-el-eledi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Uzaq yoldan gələn yarım,Yoluna qurban oluram,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd