1937-ci ili vicdan ləkəsi iləkeçənlərdən yaşayanlar var.

Çaşıb ölümünü unudan kişi,Səni bu dünyada yalqız görürəm.Ömrünün dəyişkən havadarındanÜzülmüş görürəm, halsız görürəm.

Çoxdan unudulub ilham köhləni,O sevdalı illər, o coşqun həvəs.Bir çiçək mehrinə silkələnəniİndi fırtına da tərpədə bilməz.

Gözündə keçmişi gəzirəm sənin,Üzümə min sirrin pərdəsi baxır.Sən kimsən? Ruhunu itirən bədən,Ya incik vicdanın uzaq sorağı...

Ya yollar üstündə qoruyan bulaq,Su kimi axmısan, izin qalmamış.Ən doğru sözləri demək çağındaBir kəlmə qeyrətli sözün qalmamış!

Fikrində qarışıb keçmiş, gələcək,Günəş də gözündə kölgəli kimi.

Yaddaşsız qəfəsdə bir bülbül ürəkÖlü nəğmələrin heykəli kimi!

Çaşıb ölümünü unudan kişi,Xatirən boynunda kəfən görmüşəm.Niyə bu səfərdən qalmısan belə,Ölümü şairi sevən görmüşəm!

Ölüm gəncliyini sevir şairin,Nə dünyaya sığan, nə sözə yatan.Otuza çatmamış, qırxa çatmamışDünyanı qazanıb köçür dünyadan.

Cavanlar ölümə tər çiçək kimi,Acıdı əlinə toxunan tikan.Hətta ölümü də duz-çörək kimiÜzü açıqlıqla qazanmalısan!

Sanırdın bu şöhrət yolları itməz,Qəbrin də qranit bitirməlidir.Şair ölümünün dalınca getməz,Ölümü dalınca gətirməlidir.

Bu qəfil çağırış əbədi arzu,Min dəfə sınanıb, sınanır yenə.Ölüm də sevinir bir mərd, bir cəsurKişiylə görüşün gözəlliyinə.

Nə vaxt qırılacaq bu kölgə ömrü,Məkanın haradı bilmirəm, atam,Sən də bu taleyi özün qazandınNə torpaqda bitən, nə göyə çatan...

Şükür ki, enmək də deyildir asan,Dinlə, gör vicdanın nə deyir sənə.Bəlkə bu bədəndə daha sən yoxsan,Ölümdü yaşayan sənin yerinə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm