Qəmli "Qaragilə" mahnısı vardı,Sözü ilmə-ilmə, vurğusu dən-dən.Bürünüb anamın cavan səsinə,Göyərib anamın cavan qəlbindən,

Ondan çox-çox əvvəl doğma TəbrizinQanı selə dönmüş səngərlərindən.

Nisgili sonsuz dəniz,Gileyi dalğa-dalğa,Mahnı ilə ölməyiTarix öyrədib xalqa.

Döyüş mahnımız da gözləri yaşlı...Yəqin qabaqcadan görüb son günü.Aç qapını, Qaragilə,Qoy görüm qardaşın çiçək üzünü!Anamın kədərli cavan qəlbindən,Təbrizin qan dolu səngərlərindənAyırma məni, Qaragilə, ayırma!Mənim beşiyimə süd qanla axıb,Ayrılıq mahnısı düşüb payıma...Ağlağan kişilər, sısqa kişilərDöyüş mahnıları oxumalıykənQəmli fikirlərlə uyumaq olmaz!Belə qəmli-qəmli oxuma, canım!Kədərli mahnılar qəlbimə yağıbGöyərdər bir təzə qorxunu, canım!

Doğma Təbrizimin səngərlərindənGözümə bir damla qan çilənmişdi.Anam oxuduğu "Qaragilə"dənRuhumda gözəllik irilənmişdi.

Sil gözün yaşını, Qaragilə!..İtər göz yaşınla həyatın tamı.Qoy qanlı gözümlə baxım düşmənə,Gözəl ürəyimlə qucum anamı!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən