Polşadan bir yarpaq
Jurnalist Beata Karçevska əzəmətli Mazoveskqalasının üstündən öz evlərini göstərdi. Almabağlarının ağ çiçəyinə bürünmüş evin görkəmindəürəyi çəkən bir doğmalıq var idi.
Alma bağlarının ağ yuxusundaUyuyub çöllərdə yol gözləyən evSəni bu dünyaya gətirib ancaqBizim evimizdən uzaqda, heyif...
Məni baxışlarım çəkir o evə,Çöllər ürəyindən alıb şəklini.Heyif ürəyindən, öz torpağındanQoparıb aparmaq çətindir səni.
Ömrün bu yaşında bir zərif küləkKönlümü həsrətlə sınayacaqdır.Amma dağlarımız gözləri yoldaQayıdıb getməsəm qınayacaqdır.
Ya mən bu qalanın daşı olaram,Ya ruhum qayıdar bu yerə hər günAlma çiçəyinə bənzəyən qızınZərif ürəyini seyr etmək üçün...
11.V.1986
Kitabxana.az · https://kitabxana.az/works/sabir-rustemxanli-polsadan-bir-yarpaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dehlidə tərcüməçi işləyən gənc, gözəl bir*azəri qızı oteldə bizdən gizli namaz qılırdı,*
Bakı qəbul eləmirÖmrümün sonu gələ qəzada, – istəmirəm,Bu ölüm yox, zülümdü, cəzadı, istəmirəm!
Zaman məndən keçirZaman məndən keçir, keçir durulur,Ürəyim əbədi sevgi süzgəci,
Ölümsüz zəhmətDünyanın ən kasıb bir evindənəm,Yoxsulluq, varlılıq sındırmaz məni.