Vətən
Sən ey gözəl vətənim,Yurdum, yuvamsan mənim,Səndə xoş ömür sürürSevilənim, sevənim.
Sənsən yanan çırağım,Yurdum, yuvam, ocağım,Havam, suyum, torpağım,Bağım, tarlam, çəmənim.
Səni duymaz hər yetən,Eşqin çıxmaz könüldən.Böyük anam sənsən, sən!Varlığımsan sən mənim.
Sənindir çarpan ürək,Səndən doğar hər dilək,Nə gözəlsən, nə göyçək,Sən, ey ana Vətənim!
Kitabxana.az · https://kitabxana.az/works/saiq-veten-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İkinci şəkilSəhnə Quzğun şahın sarayını təsvir edir. Dünya gözəli qəmli-qəmli*
IÜçüncü rübün nömrələri yoxlandıqdan sonra məktəb ən fəal əlaçı şagirdlərin və onların valideyni şərəfinə təntənəli bir müsamirə verməyi qərara almışdı. Axırıncı dərs bitmək üzrə idi. Çağırışlar siniflərdə şirin-şirin paylanırdı. Sinif rəhbəri Kamil müəllim əlində çağırış vərəqələri öz sinfinə girincə bütün sinif yerindən oynadı. Kamil müəllim sinfi zor-güc sakit etdi və qırmızı rəngli çağırış vərəqəsini Xasaya uzadıb “Al, bu sənindir”, dedi. Sonra çağırışları bir-bir payladı.Artıq dərs bitmiş, zəng vurulmuşdu. Müəllimlər bayıra çıxınca bütün siniflər sel kimi həyətə axdı.
IIAxşam olmuş, işıqlar yanmışdı. Əlaçı tələbələrin ata-anaları və çağırılmış başqa qonaqlar məktəbin şüşəbəndində qaynaşırdı. Bu əmək və təhsil bayramında hamı şən və bəxtiyar görünürdü. Sinif rəhbəri Kamil müəllim keçərkən Xasayı görüncə ona yaxınlaşdı. Balakişi və Badamla görüşdü, Xasayın başını əli ilə oxşayaraq:– Sinfin nəhəngləri içində birincidir – dedi.
IIIBu gün Xasay evə yenə çox şən dönmüşdü. Üzü gülür, qəlbi gülürdü. İçəri girincə zalım bir təsadüf onun sevincini bir anda söndürdü. Balakişi və Badam evdə yox idi. Bacısı Zinyət qapı ağzında durub ağlayırdı. Xasay Zinyətə yaxınlaşıb soruşdu:– Nə var, niyə ağlayırsan?
Başqa şairlərin şeirləri · Eşq
Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
Qitə: Şahidi-xərgəhnişinشاهد خرگهنشین زلف ز رخ کرد بازنور حقیقت پدید از ظلمات مجاز
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,