Uşaq idim, yadımdadır, yaz idi.Şıltağım bu cahana sığmaz idi.Mənə hər şey verirdi nəşə, sevinc,Quşlar etdikcə hər səhər vic-vic,Körpə köksümdə qəlbim oynardı;Çünki coşqun məhəbbətim vardı.Mənə quşlardı yazda əyləncə;Bir divarda iki anaş sərçəYuva tikmiş, yorulmadan şən-şən,Çalışır; mən də qoymuram gözdən...Quşlar artıq murada çatmış idi,Bir kiçik ailə yaratmış idi.Hər biri odlu şimşəyə dönərək,Daşıyırlardı: tut, çəyirtkə, böcək.Cik-cik etdikcə o şirin balalar,Verilirdi mənə bu dünyalar.Qəlbimi ovlamışdı cik-ciklər,Ürəyimdən keçirdi ah, nələr!Məni məşğul edən bu quşlardı,Səsi gəldikdə qəlbim oynardı.Ürəyimdə oyandı bir şölə,İstədim onları keçirmək ələ.Divara nərdivan uzatdım mən,Quşları tez götürmək istərkənÜzümə dəydi bir alovlu qanad,Ata cik-cik edir, ana fəryad.Həm də dimdikləyib vururdu məni,Qoruyurdu balasını, Vətəni.Heyrət etdim quşun cəsarətinə,Həm bala, həm Vətən məhəbbətinə,Alnımı basdı atəşin bir tər,Ürəyimdən keçirdi ah, nələr!Döyünürdü o saf, kiçik ürəyim,Qurumuşdu ağac kimi biləyim.Bala eşqilə çırpınan o ürək,Məni titrətdi incə yarpaq tək.Nərdivandan həmən yerə endim,Öz işimdən özüm də iyrəndim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri