Gəlin dostlar, gəlin!
Əlinizə bayraq alın,Yaxanıza qızıl laləTaxıb gəlin.Axın-axın, dəstə-dəstə,Bu meydana axıb gəlin!
Şir ürəkli, tunc biləkli,Xoş diləkli fəhlə qardaş,Coşqun Xəzər dəryasında,Ləpələr keç, dalğalar aş,Sıx buruqlar meşəsindən,Alnı açıq zəfərlə gəl.Bu uğurlu günümüzəSən uğurlu xəbərlə gəl,Gəl ki polad sıralarınİlk cərgəsi səninkidir.Yer şarını silkələyənAddım səsi səninkidir.O əlindəki bayrağınaGüntək yansın, dalğalansın,Baxanlar da elə sansın,Göy qurşağı çıxıb yerdən.Bu arzu, kam səninkidir,Əziz bayram səninkidir.Şirin həyat, gözəl büsat,Azad ilham səninkidir.Şair gəlsin bu meydana,Gülsün dilək, coşsun ürək,Səsi düşsün uzaqlara,Sözü qonsun dodaqlara,Aşıq qardaş, sən də tələs,Köklə sazı, sinənə sıx,Bir şad gündə, toy-düyündə,Biz ki, sənsiz olmamışıq.Gəl dinləyək, bir nəfərtək,Eldən gələn gur səsini,Bu günlərin havasını,Bu günlərin nəğməsini!Sən də yapış əllərimdən,Dünya görmüş qoca babam,Ey vüqarlı Şah dağından,Uca babam!Dağ başından qartal kimi,Seyr edəcək görürsənmi?
İnsanlığa zinət olan,İzdihamı görürsənmi?Gözlərdəki xoş təbəssüm,Azadlığın müjdəsidir.Xalqın qadir əlləriləDərdə, qəmə son qoyuldu,Vətənimiz azad oldu,Qara günün ağ gün oldu.Ay ağ saçlı, ay ağ günlü,Toy düyünlü Azərbaycan!Nur çıraqlı, al bayraqlıDöşü güllü Azərbaycan!Azadlığın al günəşiGözlərinə şəfəq yayır.
Kitabxana.az · https://kitabxana.az/works/tofiq-bayram-gelin-dostlar-gelin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
— Həsən:Göstərəndə qaşlarının tayını,
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Mirzə Şəfi Vazehlə Naci və Nasehin müşairəsiVazeh:*Şəbxpuş olmuş qədin ruxsari-atəşgunilə,
TiflisinQazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,