Vətəni böldülər pisə, yaxşıya,bezdik yabıların kişnəməsindən.Oğul istəyirəm indi yaşaya,dözə dözdüyünə bir də yenidən.

Bəsdi danışdığın tər tökə-tökə,üfürmə, gözümə görük görünür.Vətən siz tərəfdən kiçikdi bəlkə,çadırdan baxanda böyük görünür.

Ərköyün doğulub bəzi adamlar,vətən tərifləsin gərək onları.

Gülsün üzümüzə üzdə o ki, var,biz də içimizdə söyək onları.

Həyasız hər yerdə bimərifətdi,tanımaz qohumu-qardaşı tapsa.O ki, bir sifətdə neçə sifətdi,özünü təriflər bir naşı tapsa.

Daş daşa söykənsə, daş divar olar,daş şikəst eləyər ayağa düşsə.Yol getsən, yol uzaq, dünya dar olar,keçinin axsağı qabağa düşsə.

Mənim dediyimi təkrar deyirdi,çuğullar yozurdu qul ləhcəsində.Dildən dars deyənlər kəkələyirdi,bəzi qəzetlərin səhifəsində.

Mən dözdüm, dedim ki, bir vaxt olacaq,kürsüyə qalxacaq həqiqət özü.Bilmədim, ürəyim infarkt olacaq,İnfarktdan yatırmış cəmiyyət özü.

Gedin, tərifləyin bir-birinizi,mən bir ömür sürdüm, siz sürün iki.Satın ölünüzü və dirinizi,Vətən mənimkidir, bazar sizinki.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən