Müqəddəs adətlər ucaldır məni,Mən onun eşqiylə yaşayam gərək.Babam qarşılayıb neçə düşməniBir əlində qılınc, birində çörək.

Döyüşlər şənimi dünyaya yayıb,Bu aləm eşidib mənim səsimi,Dar gündə qızlar da qılıncqurşayıbVüqarlı, yenilməz igidlər kimi.

Sellərtək axışıb hər qış, hər baharDüşmən talayanda elin varını.Sərkərdə analar, igid analarYəhərdə doğublar övladlarını.

Dolansın qoy səsim çölü, çəməni,Qadını hər şeydən uca sayıblar.Qapıdan hiyləylə girən düşməniQonaq olduğuyçün bağışlayıblar.

Döyüşdə özünü unudur insan,Dönüb məşəl olur yanar ürəyi.Döyüşdə qılınclar toqquşan zamanSülh bayrağı olub qadın örpəyi.

Elin dar günündə, ağır günündəBir tikə çörəyi bölüblər yarıBaş əyib torpağın, suyun önündəGünəşi sayıblar öz allahları.

Arxadan səyirdib havalı atı,İntiqam oxunu öndən atıblar...Yoxsul bir həyatı, təmiz bir adıMənsəbdən, şöhrətdən uca tutublar.

Gəzək Kür boyunda, Mildə, Muğanda,Bir süfrə başında kəsək duz-çörək.Xalq ilə əbədi bağlı olandaKiçik köksümüzdə dağ olur ürək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən