Göy deyir ki, bizimdi,Çəmən deyir, yox, bizim,Nə çiçəksən, nə quşsan,Əlimə qon, əzizim!

Mən də elə sənintəkNə yerdənəm, nə göydənMilyon arzu rəngindəQopmuşdum bir ürəkdən.

Baş götürüb uçurdumBaşsız əsən yellərdənƏzizləyib öldürənSevən-cəllad əllərdən.

Quş olsan yuvan olar,Çiçək olsan dibçəyinGüzgü tut taleyimə,Görüm bəs mən nəçiyəm!

Qon əlimə, qanadım,Qon əlimə, çiçəyim.Sənə kobud əl dəysəBir yerdə öləcəyik...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar