Bir mahnı oxuyur kənd gözəlləri,ay lolo, bir mahnı,Durmaq da, ayrılıb getmək də çətin.Qəlbi ovsunlamaq – bizim qızlarınBizim mahnıların qədim adəti...Mahnıya qarışıb qız zərifliyi;bəs bu qılınc səsinə idi belə?!Dinləyin:deyirlər tozlu yollaraneçə əsrlərdi bir gözəl çıxır,igidlər qürbətdən yol gəlir hələ...

Durna qatarıtək sıralanıblar,ancaq nəğmələri daha həzindi.İki çiçək səfi durub üz-üzə,ya ulduz bürcləri belə bəzəndi?!"Burdan bir atlı keçdi,ya ləlli, qurbanın olum,Atın oynatdı keçdi,ya ləlli, ya ləlli..."Bu, hansı xoşbəxtin sevgi payıdı –nə yerə bəllidi, nə göyə bəlli.Burda yaralanmaq arzular könül,mahnı susanda da yara təsəlli...

Bir mahnı oxuyur kənd gözəlləri...Axşamlar bu mahnı dilə gələndə,niyə için-için ərimir dağlar?!Niyə ayaq tutub ordular kimiyerimir dağlar?!

Belə ki atəş var bu mahnılardasönmüş atəşgahlar nə üçün yanmır?Niyə külək kəsmir, meşələr susmur,bulaqlar lal olmur,çaylar dayanmır?!

Necə qovuşubdur odla su burda,Mahnılar pərişan, mahnılar sirli.Qızların özləri Nigar həyalı,Qızların mahnısı qılınc kəsərli!..

Bir mahnı oxuyur kənd gözəlləri,sədalar zamanı zamana calar.Hardasa yol gözlər banubirçəklər,Hardasa at çapar amazonkalar.

Mahnılar; ay lolo, torpaq təpərli,Qulağa min ilin harayı çatır.Torpaqda gizlənmiş xəzinə kimi,Bizim ürəyimiz mahnılardadır!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri