Yuxuda gördüyüm, nolaydı, birdən,Gözümün önündə aşkar olaydı.Açılaydı hava, çəkiləydi çən,Qarşımda alagöz Gülzar olaydı.

O maral duruşlu, o ceyran gözlü,O işvəli, nazlı, o şirin sözlü.O dünya gözəli, o ayna üzlü,O könlü qürurlu dildar olaydı.

Məmmədhüseyn asılaydı boynuna,Gizli, aşkar əl ataydı qoynuna.Könül alıb çəkiləydi bir yana,Bu möhüvü düzən o, yar olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq