Günahım əfv eylə, şahların şahı,Əvvəl o mövlaya bağışla məni.Ərş üzündə zinətdi əflakı lalək,Zinəti məleykəyə bağışla məni.

Abad olmaz kafirlərə sayqınan,Hücum çəkib o xeybərə toxunan.Əzrana o Quranda oxunan,Rza layətrayə bağışla məni.

Yatmışdır vayğada, olmadı zahir,Tamam-qaffar olsun mürşüdi air.Məmmədhüseyn deyər, ziyarətim var,Ziyarəti-Kərbəlaya bağışla məni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri