Gözəl çoxdu bu mahalda, obada,Mən gördüyüm özgəsinə bənzəməz.Qəh-qəhinə susdu dağda kəkliklər,Heç səs onun xoş səsinə bənzəməz.

Ətrafında vardı nazənin qızlar,Hər yanında parıldaşar ulduzlar.Məst edir görəni şirin avazlar,Heç bir dəstə, dəstəsinə bənzəməz.

Məmmədhüseyn görüb onu vuruldu,Könül aldı hal-əhvalı duruldu.Ötdü xoş nəğmələr, məclis quruldu,Heç bir nəşə nəşəsinə bənzəməz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri