İzin versən oğrun-oğrun,Tər qoynundan nar istərəm.Ağ sinənin üstən, ay qız,Dümağ təzə qar istərəm.

Səni kimi gözəl yarı,İlqarı düz vəfadarı.Çəkdirsən də ahu-zarı,Edib dildə, car istərəm.

Ay işvə, nazlı ceyranım,Qəmzənə necə dayanım?Məmmədhüseynəm, ay cananım,Meylim sənə var, istərəm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq