Məni xəstə salan gözəl,Hərdən üz tut bizə qayıt.Loğmanımsan, ay nazənin,Yenə süzə-süzə, qayıt.

Səni gördüm, mail oldum,Dil vermədin, zail oldum.Hər nə desən qail oldum,Mənlə şirin sözə qayıt.

Məmmədhüseynə dünya dardı,Sənsiz yazı çovğun qardı.Hər yan gülür, xoş bahardı,Bağı gəzə-gəzə qayıt.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri