Aman Allah, bu görünənAla gözlü yar olaydı.Qovaydı intizarımı,Ömrə vəfadar olaydı.

Mənim işvəli cananım,Söz verib əhdi dananım.Var ömrümə şövkət-şanım,O, sinəsi qar olaydı.

Məmmədhüseynin şən dilbəri,Ceyran yerişli ülkəri.Bulaq üstə gələn pəri,Gülüşü gülzar olaydı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq