Baş endirər
Aşiq olan üzdə gəzməz,Dərinə baş endirər.Hamı şagird qulluğunda,Pirinə baş endirər.Leyli Məcnunu sevdi,Hər ikisi bir-birin.Hər kəsin sadiq yarı var,Yarına baş endirər.
Binamus, biqeyrət kəs,Xalis atadan əyri.Arğacından kəç qarışan,Budaq butadan əyri.Nadürüstdə kərəm olmaz,Əzəl xatadan əyri.Hər kəsin namusu var,Arına baş endirər.
Məmmədhüseyn qəflətdəydi,Səda gəldi guşinə.Yüz iyirmi dörd min nəbidi,On iki imam başinə.Yoxsulluğun qaydasıdı,Dolanar var başına.Hər kəsin ki, dövləti var,Varına baş endirər.
Kitabxana.az · https://kitabxana.az/works/sair-memmedhuseyn-bas-endirer
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Şerim sınıq bir türk sazı, ağladaraq tellərini,Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Nəfəs: Ölməzdən əvvəl öldülərÖlməzdən əvvəl öldülərHaqq yolunun aşiqləri