İki aləmin günəşi,Şahi-Cahan gəlmədi.Dolandı kəcirəftar,Mərdi-meydan gəlmədi.Mən ki, sənin aşiqinəm,Tərifin dilimdədi.Müşkülləri həll eyləyən,Şahi-Mərdan gəlmədi.

Dünya oldu zimi pərəs,Heydarı Səftər hanı.Xeybəri kafi-kuf eyləyən,Fot edən bərbər hanı.Düldül, Zülfüqar sahibi,Ağeyi Qəmbər hanı.Bir ismi Qəşəmşəmdi,Şiri-Yazdan gəlmədi.

Gəl biçarə Məmmədhüseyn,Bəs sənin halın nədi.Zəlil qoyma din islamı,Kafərin əlindədi.Ərşin-gürşün sahibisən,İxtiyar ki səndədi.Salsalı məhv eyləyən,Şahı rəvan gəlmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri