Xəzərim mənim
Mənim gözəl dənizim,Doğma Xəzərim mənimÖmrü neçə əsrlikSənət əsərim mənim.
Sinəndəki buruqlarÜrəyimə dayaqdır.Sayıq keşikçilərtəkO həmişə oyaqdır.
Bakının qucağındaBir anasan, ey dəniz.Bir övladsan – vəfalı,Bir sonasan, ey dəniz!
Bir dənəsən dünyadaDəryalar sənə məftun.Sənin göy sularınaMəftunam, yenə məftun.
Mənim gözəl Xəzərim,Suların inci kimi.Yaşayır ürəyiminİtməz sevinci kimi.
Mənim gözəl Xəzərim,Sənin göy sularındaÜrəyim var, gözüm var.Sənə qəlbimdə hələDeyilməmiş sözüm var.
Çöllər, bağlar solacaq,Meşələr solacaqdır.Günəş kimi, camalınDəyişməz qalacaqdır.
Məni xatırlayarsanSahillər birləşəndə,Bir ürəkdə min arzu,Min istək yerləşəndə...
Xeyir-dua ver mənə,Anam Xəzər, can Xəzər.Ey hər qətrəsi dərman,Mirvari, mərcan Xəzər.
Aç mənim yelkənimi,Gözü yolda qalan var.Xəzər, arxamca çiləGöy dalğalar, göy sular.
Kitabxana.az · https://kitabxana.az/works/hekime-billuri-xezerim-menim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yanımda qalsaydın, ey gülü-rəna,Həyatım başqa bir məna alardı,
Tapardım səniDünyada ən gözəl anları beləƏbədi saxlamaq olmaz heç zaman.
Səhər, günorta, axşamNə gözəldir səhərin şəfəqləri yananda,Əvəzsizdir kainat təbiət oyananda,
Biz indi ayrıldıqNecə yaradardım surətini mən;Vəfalı, mehriban, qayğıkeş, mətin.
Başqa şairlərin şeirləri
Fəraq oldu bu cavana,Halal ilə aman ana,
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəniYıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.