O gecə üzünü görəndən bəri,Könül edər səni soraq, a Məsmə.Sal, dola boynuma qara zülfləri,Qəm dağıdan dövran quraq, a Məsmə.

At rübəndi, görüm ayna qabağı,Əsirgəmə nazik türfə dodağı.Səninlə olaram ömürlük yağı,Gəzər olsan məndən iraq, a Məsmə.

Məmmədhüseynin fələk əyir işini,Çox axtarır tapa bilmir tuşunu.Qoy sinəm üstünə mərmər döşünü,Ol ömrümə şölə, çıraq, a Məsmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale